Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Status

  1. Ana səhifə
  2. Status
  1. Status

Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR…

Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR… | FED.az
09:08 6 Dek 2021

eçən həftə Türkiyə açıqladı ki, 6 aya mövcud vəziyyətin meyvələrini dərəcəyik. Sonra qeyd olundu ki, biz Çin kimi olacağıq və əsas hədədfimiz, ixrac, ixrac, ixrac. Qeyd olunan 3 hədəf kifayətdir, yoxsa yox? Bu suala cavab tapmağa çalışaq.

Eləcə də bax: “Lirənin dəyər itirməsi sürəti çox təhlükəli və qəza ilə nəticələnəcək sürətə bənzəyir”

Əvvəla qeyd edək ki, bunların heç biri sürpriz açıqlamalar deyildi. Çünki, hələ 3-4 ay öncə Türkiyənin ucuz lirə siyasəti ilə ixracını artıracağı hədəfinin olmasını qeyd edirdik. Türkiyə son 12 ayda artan ixracdan ruhlanaraq riskli, sürətli və kəskin siyasət həyata keçirməyə başladı. Öncə rəqəmlərə baxaq. İxrac keçən ilin oktyabr ayına nisbətdə bu ilin oktyabrında 20.2% artaraq aylıq 20.8 milyard dollar oldu. Bu ilin yanvar-oktyabr aylarının ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 33.9% artaraq 181.8 milyard dollar oldu. Son 12 aylıq ixrac isə 215.7 milyard dollarla rekord vurdu. İdxalda cəmi bir rəqəm qeyd etmək istərdim. İdxal keçən ilin oktyabr ayı ilə müqayisədə 13% artaraq 22.3 milyard dollar oldu. Yəni, ixracın artım sürəti idxalın artım sürətindən çoxdur. Amma…

Ağac altında mürgüləyən müdrik kişini oradan keçən bir yolçu oyadaraq soruşur ki, qarşıdakı şəhərə neçə saata çata bilər? Müdrik kişi cavab vermir. Yolçu bir daha soruşur. Müdrik yenə cavab vermir. Yolçu düşünür ki, hər halda bu qoca kardır və yoluna davam edir. Yolçu bir az getdikdən sonra qoca arxadan qışqırır ki, 4 saata çatarsan. Yolçu təəccüblənir. Geri qayıdaraq, niyə soruşanda cavab vermədin, sonra arxamca qışqırdın? Müdrik qoca cavab verir ki, “sənin sürətini görmədən şəhərə nə qədər vaxta çatacağını necə hesablayıb cavab verə bilərdim?”

Öncə də qeyd etdiyim kimi, Türkiyə tədrici devalvasiyanın bəhrəsindən həvəslənərək kəskin addımlar atdı. “6 aya meyvələri dərəcəyik” dedikdə isə bütün hesablamalar bu günlərə əsasən aparılır. 6 ay doğru rəqəm olardı, əgər indi mart ayı olsaydı. Nəzərə alınmayan bir məsələ də, anbarlarda bitdikdən sonra idxal mallarının yeni kursla daha baha başa gələcəyidir. Digər nəzərə alınmayan məsələ, öncəki aylarda ixrac mallarının maya dəyərinin aşağı olması səbəbindən ixracın sözün həqiqi və yaxşı mənasında partlamasıdır. Amma qiymətlər artdıqca bu artım tempi nisbətən (artımın davamlı olacağı müzakirə və mübahisə mövzusu deyildir. Məsələ, artımın tempi və sürətidir) aşağı düşəcək. Ən əsas məsələ isə, turizm mövsümüdür ki, o da apreldən başlayacaq. Əgər pandemiya zəifləsə aprel-sentyabr ayları Türkiyənin tarixində həqiqətən ölkəyə valyuta axını ilə yadda qalacaq. İlk baxışda hər şeyin çox gözəl olacağı görünür. Amma…

Gedişat və açıqlamalar ortada bir yol xəritəsinin, strategiyanın olmamasını göstərir. Hər kəsin strategiya dediyi indiki zamanda həqiqətən strategiya nədir axı? Strategiya gələcəyin proqnozlaşdırılması, ehtimalı deyildir. Strategiya gələcəyin şəkilləndirilməsidir. Strategiya öncə beyində şəkillənən bir gələcəkdir, amma aydın şəkillənən. Taktika isə o gələcəyin ayrı-ayrı parçalarını düzgün bir şəkildə yerinə qoyaraq vahid bir mənzərəni əldə edə bilməkdir.

Sultan Süleyman memar Sinanla birlikdə adını daşıyacaq Süleymaniyyə Camisinin (məscidinin) tikintisi üçün məscidin tikildiyi torpaq sahəsinə gəlmişdi. Sultan memar Sinana deyir ki, buranı incələ, təhlil et, mənə de görüm, bu torpağın üzərində məscidi tikmək olar, yoxsa yox. Memar Sinan torpağı incələyir, gah yaxına, gah uzağa baxır, düşünür. Sultan soruşur ki, tikmək olar, yoxsa yox. Memar cavab vermir. Hamı gərginləşir. Sultan Süleyman əsəbləşməyə başlayır. Az sonra bir daha soruşur. Memar yenə cavab vermir. Yavaş-yavaş həmin torpaq sahəsində addımlamağa başlayır. Hər kəsin hiddətdən gözləri qızarsa da, Sultan Süleyman susaraq izləyir. Hər kəs üçün bu gərgin zaman keçir, hər kəs gözləyir və birdən memar Sinan boş sahədə dayanır, başını əyərək bir neçə addım atır, sonra başını qaldırır və hörmətlə irəliləməyə, yenə sağa, sola, yuxarı baxmağa başlayır. Hamının Sultanı eşitmədiyini zənn etdiyi bir zamanda Memar Sinan məscidin layihəsini beynində çəkibmiş. Əyilib keçdiyi yer isə məscidin qapısı imiş. Beynində layihələndirdiyi məscidə girəndə hörmət əlaməti olaraq əyirmiş.
Baş vermiş bu dərin və ibrətamiz hekayəyə hər hansı şərh artıq olar..

Türkiyənin Çinlə müqayisə olunmasını, Türkiyənin ikinci Çin olacağını heç istəmərəm. Çünki, üzdə deyil, dərində yığılmış ciddi problemləri, güvənilməyən statistikası, keyfiyyətsiz malları və ucuz işçi qüvvəsi ilə aqressiv və yırtıcı ixrac siyasəti yürüdərək dünya ölkələrinin istehsal və emal bazarlarını məhv edən bir Çinin dünya əhalisinin iqtisadiyyatı daha dərindən dərk etdikcə hansı imic və reputasiyaya malik olacağının bir neçə il sonra şahidi olacağıq. Türkiyə məhsullarının keyfiyyəti Çin malları ilə müqayisə olunmaz. Amma, artan ixrac tələbini yerinə yetirmək üçün keyfiyyəti kəmiyyətə qurban verərək (hətta bunu hiss etmədən) daha keyfiyyətsiz məhsul ixracını qardaş ölkəyə nə yaraşdırmaram, nə də görməyi arzu etmərəm. Türkiyə mallarının avropa malları ilə rəqabət aparacağına davam edəcəyinə inanıram. Digər bir məsələ. Ucuz işçi qüvvəsinin ölkəyə gətirəcəyi dezavantajlar da, risklər də çoxdur. Bu isə başqa bir ağrılı mövzudur. Beyin axını riski də var, ölkəyə mütəxəssislərin gəlməkdə maraqlı olmaması da. Beynəlxalq aləmdən təcrid riski də var, təhsilin səviyyəsinin aşağı düşməsi də..və sair.. Burada həlledici amil yanvardan etibarən maaş və təqaüdlərin artım səviyyəsi olacaq. Bu həm də ölkədə istehsal olunan malların daxili istehlakını dəstəkləmək üçün həlledici faktordur.

Ucuz valyuta məsələsinə gəlincə. Baş verənlər bizdə və digər ölkələrdə belə bir fikir yaratmasın ki, ucuz yerli valyuta həmişə inkişafa qarant verir. Xeyr. Belə deyir. Bunun öz ağır şərtləri, yolları var. Ucuz yerli valyuta ilə uğurlu siyasətləri olan Almaniya, Yaponiya, Cənubi Koreya misalları da var, Braziliya, Meksiya, Argentina, Filippin və sair çoxsaylı uğursuz misallar da.

Bu yazıda təkcə qardaş Türkiyə üçün deyil, təxminən 30 yüksək inkişaf etmiş ölkə istisna olmaqla bütün dünya ölkələrinin iqtisadiyyatları üçün aktual olan bir çox məqamlara toxunmağa çalışdım. Bəzilərinə nisbətən geniş, bəzilərinə hekayələr, bəzilərinə isə bircə cümlə ilə. Desək də, deməsək də, bu qeyd olunanların xüsusilə qardaş ölkədə nəzərə alınacağından şübhəm yoxdur. Çünki, qardaş ölkədə həm güclü iqtisadçılar, həm son 90-100 ilin sınaqlarından çıxmış dövlətçiliyi və dövlət sektoru, həm də təcrübəli, strukturlaşmış və şaxələnmiş özəl sektoru var. Bir yol xəritəsi, hərtərəfli düşünülmüş strategiya özəl və dövlət sektorlarına Türkiyə iqtisadiyyatını layiq olduğu yerə qaldırmağa imkan verəcək. Buna çox inanıram. Amma zamanlama və sürət, müddət, bundan sonrakı mərhələlərdə diqqətli və ölçülüb-biçilmiş addımlar həlledici olacaq. Sözün həqiqi mənasında, ölkəmiz çox güclü və iqtisadi cəhətdən yüksək rifaha malik olan Türkiyənin olmasında və bu problemlərin ən qısa zamanda həllində çox maraqlıdır.

Elman Sadıqov, iqtisadçı

Banner
  • Ucuz valyuta
  • Elman Sadıqov
  • inkişaf
  • qarant
  • iqtisadçı
Paylaş

Digər xəbərlər

«Kiçik sahibkarlığın inkişafı üzrə mənasız qanun layihələri - BİZƏ KİM SIRIYIR?» - STATUS
Status 2 Dek 2022
«Kiçik sahibkarlığın inkişafı üzrə mənasız qanun layihələri - BİZƏ KİM SIRIYIR?» - STATUS
"Dövlət qurumlarında maraqlı proseslər gedir - insanlar 3 hissəyə bölünüb"
Status 29 Sen 2022
"Dövlət qurumlarında maraqlı proseslər gedir - insanlar 3 hissəyə bölünüb"
«İşlədiyiniz yerdə rəhbər təyin olunursunuz, çörək yoldaşlarının müdiri» – NECƏ DAVRANMALISINIZ? - STATUS
Status 4 Avq 2022
«İşlədiyiniz yerdə rəhbər təyin olunursunuz, çörək yoldaşlarının müdiri» – NECƏ DAVRANMALISINIZ? - STATUS
“Qiymətlərin artımı yaşayış minimumunu az qala 3 dəfə üstələyir”
Status 22 İyun 2022
“Qiymətlərin artımı yaşayış minimumunu az qala 3 dəfə üstələyir”
Sahibkar «Formula 1»dən niyə narazı qalmasın ki?! - STATUS
Status 7 İyun 2022
Sahibkar «Formula 1»dən niyə narazı qalmasın ki?! - STATUS
"626 milyon manatlıq yol heç nə olmamış kimi dağıdılır və növbəti milyonlar hesabına yenidən qurulur"
Status 1 İyun 2022
"626 milyon manatlıq yol heç nə olmamış kimi dağıdılır və növbəti milyonlar hesabına yenidən qurulur"
İqtisadiyyatlarda “rasional seçim” illüziyası - NƏDİR?
Status 9 May 2022
İqtisadiyyatlarda “rasional seçim” illüziyası - NƏDİR?
Ekspert: “Bundan sonra kimsə bu vəzifədə uzun müddət qalmayacaq”
Status 12 Aprel 2022
Ekspert: “Bundan sonra kimsə bu vəzifədə uzun müddət qalmayacaq”
Gücdən qorxan və özünü düşünən Avropanı bu dəfə - KİM XİLAS EDƏCƏK - BLOQ
Status 22 Mart 2022
Gücdən qorxan və özünü düşünən Avropanı bu dəfə - KİM XİLAS EDƏCƏK - BLOQ
Çox adamın əhəmiyyət vermədiyi sadə - İŞGÜZAR ETİKET QAYDALARI - STATUS
Status 16 Mart 2022
Çox adamın əhəmiyyət vermədiyi sadə - İŞGÜZAR ETİKET QAYDALARI - STATUS
«Rusiyanı SWIFT-dən ayırmaq təsirli addım deyil, dünyada başqa sistemlər də var» - RÖVŞƏN AĞAYEV YAZIR
Status 26 Fev 2022
«Rusiyanı SWIFT-dən ayırmaq təsirli addım deyil, dünyada başqa sistemlər də var» - RÖVŞƏN AĞAYEV YAZIR
«Qiymətlər niyə artır? – Hökumət əvvəlcə səbəbini tapmalıdır» – RÖVŞƏN AĞAYEV YAZIR – STATUS
Status 22 Yan 2022
«Qiymətlər niyə artır? – Hökumət əvvəlcə səbəbini tapmalıdır» – RÖVŞƏN AĞAYEV YAZIR – STATUS
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Kartlarda olan pullar - VERGİYƏ CƏLB OLUNACAQ?
    18:26 3 Fev 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    18:19 3 Fev 2023
  • Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
    18:11 3 Fev 2023
  • Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi - AÇIQLANIB
    18:01 3 Fev 2023
  • Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
    17:57 3 Fev 2023
  • "Al Market" - MƏHKƏMƏYƏ VERİLİB
    17:49 3 Fev 2023
  • "Azglobal İnternational" məhkəməyə verildi - SƏBƏB
    17:45 3 Fev 2023
  • “Zaminbank”ın həbsdə olan sabiq rəhbərinin - CƏZASI AZALDILIB
    17:38 3 Fev 2023
  • Gənclər və İdman Nazirliyi – TENDER ELAN ETDİ
    17:33 3 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
    17:28 3 Fev 2023
  • Bu küçələrin kəsişməsindəki dairəvi hərəkət ləğv edilib - BNA
    17:26 3 Fev 2023
  • AQTA bu market və restoranlarda nöqsanlar aşkarlayıb - SİYAHI
    17:23 3 Fev 2023
  • Dövlət qurumu komperlər, noutbuklar, skanerlər və printerlər alır - TENDER ELANI
    17:16 3 Fev 2023
  • Elektrik mal- materiallarının alınması ilə bağlı - BÖYÜK TENDER ELANI
    17:07 3 Fev 2023
  • Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
    16:58 3 Fev 2023
  • Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
    16:51 3 Fev 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    16:48 3 Fev 2023
  • Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
    16:44 3 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    16:42 3 Fev 2023
  • Yandeks” Türkiyədə - OFİS AÇACAQ
    16:39 3 Fev 2023
  • Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
    16:37 3 Fev 2023
  • Dövlət borcuyla əlaqədar büdcənin - TƏRTİB QAYDASI DƏYİŞİB
    16:32 3 Fev 2023
  • Azərbaycanda kirayə üsulu ilə - Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
    16:20 3 Fev 2023
  •  “Nar”ın dəstəyi ilə "Fibonacci Games" oyunlarının finalı keçirilib
    16:15 3 Fev 2023
  • Kənd Təsərrüfatı Nazirliyi - TENDER ELAN ETDİ
    16:12 3 Fev 2023
  • Azərbaycan soğanın ölkə ərazisindən aparılmasını - MƏHDUDLAŞDIRDI
    16:10 3 Fev 2023
  • "AMB uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin əvvəlində gedəcək"
    16:03 3 Fev 2023
  • Azərbaycana idxal edilən soğan gömrük rüsumundan - AZAD EDİLİB
    15:58 3 Fev 2023
  • “Agro Biz” alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:46 3 Fev 2023
  • "Ziraat Bank Azərbaycan" ilə - EV SAHİBİ OLUN!
    15:44 3 Fev 2023
  • İlham Əliyev İranda şəhid olan Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
    15:39 3 Fev 2023
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2 şirkətə 2,7 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    15:32 3 Fev 2023
  • “Sevgililər Günü”ndə kişilərin ürəyincə olacaq – 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI
    15:29 3 Fev 2023
  • “Cash by Code” xidməti  - YELO MOBİL TƏTBİQİNDƏ
    15:26 3 Fev 2023
  • “Nort Vest Konstrakşn” şirkətin "Akkor"dun bu şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:25 3 Fev 2023
  • SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
    15:17 3 Fev 2023
  • " İmport Group of Azerbaijan " podrat məsələsinə görə 2 şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    15:15 3 Fev 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "İnteks" şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:10 3 Fev 2023
  • “Wolt”un kuryerləri narkotik daşıyırmışlar - VİDEO
    15:09 3 Fev 2023
  • SOCAR və “Romgaz” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair - SAZİŞ İMZALANDI
    15:06 3 Fev 2023
  • Neft Fondu yanvarda hərraclarda satdığı valyutanın məbləğini - AÇIQLADI
    15:01 3 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    14:53 3 Fev 2023
  • “Mc Donald"s Azərbaycan" şirkəti - MƏHKƏMƏ VERİLİB - SƏBƏB
    14:47 3 Fev 2023
  • Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
    14:47 3 Fev 2023
  • Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
    14:40 3 Fev 2023
  • KOBİA 9 şirkətə 2,5 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    14:37 3 Fev 2023
  • SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
    14:28 3 Fev 2023
  • "Avandsis Enerji" məhkəməyə verildi - SƏBƏB
    14:21 3 Fev 2023
  • İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti - MÜZAKİRƏ EDİLİB
    14:16 3 Fev 2023
  • “Dünyagöz Azərbaycan” pozuntuya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    14:14 3 Fev 2023
  • "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"
    14:11 3 Fev 2023
  • Aqrar Tədarük və Təchizat - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:02 3 Fev 2023
  • Tarif Şurasının səlahiyyətləri artırılıb
    13:33 3 Fev 2023
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
    13:26 3 Fev 2023
  • "Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
    13:20 3 Fev 2023
  • Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin - Sosial Öhdəlikləri Azaldılıb
    13:13 3 Fev 2023
  • Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
    13:08 3 Fev 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    13:04 3 Fev 2023
  • Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
    12:53 3 Fev 2023
  • Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
    12:49 3 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!