FED.az xəbər verir ki, tanınmış İT mütəxəssisi, xarici ölkələrdə bir sıra layəhələrin reallaşdırılmasında iştirak edən Namiq İsayev yenicə qayıtdıgı Türkiyədə dolların bahalaşmasının yerli bazara və iqtisadiyyata təsiri barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, dolların bahalaşması Türkiyəni zəiflətmək əvəzinə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırıb:
"Türkiyə sərgüzəştləri ilə bölüşürəm. Deməli yaxın-uzaq mətbuatın yazdığı kimi YTL-nin dollara qarşı ucuzlaşması ümumiyyətlə Türkiyə vətəndaşlarını naraht etmir. əksinə şıdırğı alver gedir. bu ölkənin iqtisadiyyatı eksporta köklənib. Heç bir ajiotaj görmədim. Heç kimə dollar lazım deyil. Yalnız gəldiyimiz gün oteldə heç su almağa pulumuz olmadığını biləndə, dolları bizdən almağa "minnətnən" razılaşdılar.
Heç otel-də məzənnəni bilmirdilər. Zəng edib soruşdular və bizə YTL satdılar. Heç transmilli brendlərində qiymət qaldırmağa hünəri çatmır. Misal üçün Procterin malların-da da qiymət artımı dollar məzənnəsinə uyğunlaşdırılmayıb. Turkiyədə olan birlik istənilən transmilli brendi boykot etmək gücündədir. Lap gündəlik istifadə etdiyimiz Gillet-i belə.
iphone və Ford boş şeylərdir. gündəlik alınmır. Əminliklə deyirəm Tramp müəllim Türkiyə iqtisadiyyatını daha da gücləndirdi. Başqa sözlə istehsal etdikləri malların satış qiyməti azalsada,satış həcmi dəfələrlə artıb. Əlbəttə satış artıbsa deməli istehsalat artıb maya dəyəri aşağı düşüb.
Yani həcmlə xammal alışını kompensasiya edirlər.
Beləliklə reputasiyası korlanmış Çinlə daha keyfiyyətli Türk istehsalı ilə tam rəqabətdə. YTL-nin məzənnəsinin düşməsi həmçinin yeni şoppinq turist marşrutları açıb. "Bizim ölümümz haqqında şayələr həddindən artıq şişirdilib". Əmin edə bilərəm Türkiyə və İran tam fərqli. YTL-nin dollara qarşı ucuzlaşması Türkiyə iqtisadiyyatını daha da gücləndirir.
Amma mən heç anlaya bilmirəm bizdə gündəlik təlabat mallarının qiyməti hansl qanunlarla tənzimlənir. Colgate diş pastasının qiyməti Ukraynada, Rusiyada, Polşada, Gürcüstanda eyni. Amma Azərbaycanda baha. Bu necə olur?!. colgate-dən monopoliya iyi gəlir. :) (colgate milsadır. başqa transmilli brendlər-də də bunu müşahidə etmişəm)".
Bank: «Əl çəkməyəcəyik, azı 1 il məhkəməyə gəlib-gedəcəksiniz» - STATUS