Azərbaycanda rəsmi dövlət domeni olaraq gov.az sayılsa da, Naxçıvanın dövlət qurumlarında bu domendən demək olar ki, istifadə edilmir. FED.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bununla bağlı fikirlərini və narahıtlığını bölüşüb:
Naxçıvan Muxtar Respublikasında elektron hökumət quruculuğu ilə bağlı vəziyyəti araşdırırdım.
Olduqca təəccüblü və narahatedici bir vəziyyətlə qarşılaşdım.
İlk öncə qeyd edim ki Azərbaycanda dövlət qurumlarına məxsus vahid interrnet şəbəkəsi, dövlət resurslarına verilən vahid tələblər, dövlət qurumlarının vahid domen adı, xüsusi dövlət rabitəsi, xüsusi dövlət şəbəkələri ilə bağlı bəlli bir qanunvericilik var. Son dövrlər bu qanunvericilik xeyli təkmilləşdirilib, təhlükəsizliklə bağlı işlər güclənib.
Bütün dövlət orqanları qarşında bu istiqamətdə konkret tələblər qoyulub.
İcrası da Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) və onun tabeliyində Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Agentliyinə tapşırılıb.
«eGovla» bağlı səalhiyyətlər isə VXSİ Dövlət Agentliyinə verilib.
Amma Naxçıvan MR-in Gov.az sektorunda, AzStateNet şəbəkəsində və eGov şəbəkəsində apardığım qısa bir araşdırma göstərdi ki real vəziyyət çox narahat edicidir:
1. Naxçıvanın dövlət qurumlarında Gov.az domeni tətbiq edilmir. Hansı ki qanunvericilik tələb edir ki dövlət qurumu mütləq olaraq məhz bu domeni əldə etməlidir. İndiyədək bu qurumlar yalnız adi, qarmaqarışıq, dqmk.nmr.az, aqupdk.nakhchivan.az, e-hokumet.nmr.az , nazirlerkabineti.nakhchivan.az, alimeclis.az və s . bu tip domenlərdən istifadə edirlər.
Bu domenlərə diqqət edəndə Naxçıvanda çox işlənən bir söz də yadıma düşdü :)
Yalnız bir müddət öncə Naxçıvan məhkəmələri üçün vahid formada gov.az domeni ayrılıb, nakhchivancourt.gov.az və s.
Gov.az -ın inzibatçısı da XDMX-nin Xüsusi Rabitə qurumudur. Bu qurumun Gov.az saytında axtarış verdikdə Naxçıvanın dövlət qurumları ilə bağlı heç nə əldə etmək olmur.
2. Naxçıvan MR-in dövlət qurumlarının saytları ya bəsit vəziyyətdədir, ya da işləmir.
3. Naxçıvan MR Elektron hökumət Portlaı - e-hokumet.nmr.az işləmir
4. Gov sektorunda rəqəmsallaşma inkişaf etməyib və dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası reallaşmayıb və s.
Belə anladım ki nə XDMX, nə XRİTDA, nə VXSİ Dövlət Agentliyi (ASAN), nə də eGov Mərkəzi Naxçıvan MR-də , demək olar ki YOXDUR.
Düşünürəm ki bu vəziyyət Ali hakimiyyəti ciddi narahat etməlidir.
Adı çəkilən qurumlar Naxçıvan MR-də və o cümlədən digər regionlarımızda rəqəmsallaşmaya, eGov quruculuğuna, ölkənin vahid informasiya məkanının formalaşmasına, xüsusilədə dövlətə məxsus vahid informasiya şəbəkəsinin formalaşmasına ciddi diqqət yetriməli və köməklik göstərməlidirlər.
Vahid yanaşma, mərkəzləşmə tətbiq edilmıəlidir.
Fikrimcə, Naxçıvan MR-də və regionlarda, bu istiqamətdə işlərin canlandırılması üçün xüsusi dövlət proqramları qəbul edilməlidir.
Son zamanlar qonşu regionlarda baş verənlər göstərir ki biz öz informasiya və virtual məkanımızın qorunmasına, dövlət informasiya şəbəkəsinin və resurslarının dayanıqlığına daha çox diqqət yetirməliyik.