Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz Azərbaycanın Gürcüstanla sərhəddəki gömrük keçid məntəqəsində qarşılaşdığı problemləri açıqlayıb.
Eləcə də bax: «İran və Gürcüstanda oldum. Bizim Sərhədçi və Gömrüyümüzə Təşəkkür Düşür» - STATUS
FED.az xəbər verir ki, Osman Gündüz yazır:
Gömrük zabiti : Hara və hansı məqsədlə gedirsiniz ?
Bu gün Gürcüstana getmək üçün Balakəndəki Mazımçay sərhəd buraxılış məntəqəsində oldum.
Heç bir növbə yox idi.
Sərhədçi girişdə- darvazaların yanında sənədləri yoxlayıb bizi gömrük məntəqəsinə yönləndirdi.
Orada isə bir gömrük zabiti mənə yaxınlaşaraq yüksək tonla hara və nə məqsədlə getdiyimi soruşdu.
Özümü eşitməzliyə qoyub nə istədiyini bir də soruşdum.
Eyni sual :Hara və nə məqsədlə gedirsiz?
Dərhal sual verdim ki siz kimsiniz ki və hansı səlahiyyətlə mənim hara və nə məqsədlə getdiyimi öyrənməlisiniz.
Qayıtdı ki biz hamıdan soruşa bilərik və bizim təlimatlmızda bu var.
İzah etdim ki siz bəlkə ölkə ərazisinə daxil olanlardan soruşmalısınız ki hansı məqsədlə ölkəyə gəlmisiniz.
Gömrük Zabiti qızararaq təlimatlarında bu cür səlahiyyətlərinin olduğunu bildirdi.
Tələb etdim ki onu mənə göstərsinlər. Lakin sənədi gətirib çıxartmadılar.
Təbii ki mən imtina etdim və hara və nə məqsədlə getməyim haqqında informasiya vermədim.
Ümid edirəm gömrük generalları təlimatı ona başa salacaqlar.
Bir neçə saatdan sonra geri döndükdə isə daha bir qanunsuzluqla və xoşagəlməz situasiya ilə rastlaşdıq.
Postda qarmaqarışlq bir situasiya vardı. Biri maşınlı yoxlamaq istıyir , o biri dirəşir ki yox əvvəl sənədlərə baxın .
Bu dəfə məlum oldu ki, başqa bir gömrük zabitinin, əsas gömrük sənədi olan Nazirlər Kabinetinin məşhur 305 saylı Qərarından ümumiyətlə xəbəri yoxmuş.
Zabit Bu Qaydaların necə tətbiq olunacağını sadəcə bilmirdi.
Elə bu səbəbdən də güman ki şəxsi məqsədlə qonşu ölkədən hansısa bir ərzaq gətirənlərə xeyli zülüm edirmiş.
Zabit tam əminliklə vətəndaşlara bildirirdi ki əgər ayda bircə dəfə 1kq və ya 10 kq nəsə gətirdinizsə, vəssalam, bu ay ərzində heç nə gətirə bilməzsiniz.
Əvvəlki zabit səhv olduğunu anlasa da bu dəfə ölkəyə girişdə növbədə olan gömrük əməkdaşlarını anlada bilmədik .
Orada özbaşına vətəndaş adına sənədləşmə aparılır, vətəndaşın razılığı olmadan başqalarının ərzağı onun adına rəsmiləşdirilir və s.
Müşahidə edirəm ki adi vətəndaşların şəxsi məqsəd üçün gətirdikləri bütün ərzaqlar skanerdən keçirilir. Dedilər ki tərəzi olmadığından ərzağın çəkisi skanerdən keçirməklə müəyyən olunur.
Əvvəlki səfərlərimdə qeyd etmişdim ki islahatlar başlanandan sonra burada bəzi problemlər qalsa da vəziyyət həqiqətən də bir xeyli düzəlmişdi .
Bu dəfə rastlaşdığım hallar və müşahidələrim göstərdi ki bu posta vəziyyət pisliyə doğru xeyli dəyişib.
Bilmirəm əməkdaşlara təlim keçirilmirmi , yoxsa onlar məqsədyönlü olaraq bunları edirlər.
DGK və DSX paralelçiliyi də öz qaydasında davam edir, 2 pəncərə sistemi var.
Ümid edirəm DGK rəhbərliyi baş verənlərlərlə bağlı tədbir görəcək.
P.S Fiziki şəxslər tərəfindən şəxsi məqsədlə ölkəyə gətirilən malların sərhəddən keçirilməsi Qaydaları haqqında NK -nın 305 saylı , olduqca sərt və lazımsız şərtlər irəli sürən qərarının yenidən işlənməsinə ciddi ehtiyac var.