İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda yeni övlad dünyaya gətirmiş anaların sosial müdafiəsindən yazıb.
FED.az-ın məlumatına görə, R. Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, uşaq anadan olandan sonra ana cəmi maksimum 2 ay (daha dəqiqi 56 gün) maaşa bağlı müavinət ala bilir.
ELƏCƏ DƏ BAX: Tibbi sığorta haqlarına hər il yenidən – BAXILACAQ
İqtisadçı qeyd edib ki, müavinətin məbləği məzuniyyətə çıxan tarixə orta aylıq qazancının 100%-i qədərdir:
“56 gün bitəndən sonra ana işləmək istəməsə, uşağın yaş yarımı olanadək 40 manat, yaş yarımdan 3 yaşadək isə cəmi 25 manat müavinət ala bilir. Beynəlxalq təcrübənin gözü ilə baxanda çox acınacaqlı durumdur. Hələ də bu təminatlarla analar övlad dünyaya gətirib böyüdürlərsə, fədakardırlar.
Bu məsələ ilə bağlı bəzi ölkələrin təcrübəsinə baxdım, Estoniyanın təcrübəsi analar üçün çox yüksək təminatlar təqdim edir.
Övlad dünyaya gətirən ana 3 yaşa qədər uçağına özü baxmaq istəsə, 3 il ərzində sonuncu maaşının 50%-i qədər müavinət alacaq. Bu müddətdə ana yeni övlad sahibi olsa, əlavə olaraq maaşının 50%-ni də həmin uşaq üçün alacaq.
Bununla da bitmir - ana övladına 8 yaşınadək özü qulluq etmək isətəsə, sonrakı 5 ildə isə son maaşının 25%-i qədər müavinət ala biləcək. 8 yaşınadək uşaqqların sayı 1-dən çoxdursa, 25% hər uşaq üçün ayrıca ödənəcək.
İstisnasız olaraq bütün uşaqlar isə 16 yaşınadək ayda 45 avro müavinət alırlar. Əgər ailədə uşaqların sayı 2-dən çoxdursa 3-cüdən başlayaraq hər uşaq üçün 100 avro aylıq müavinət ödənir.
Uşaqlı analar və cocuqlar üçün bu qədər yüksək sosial təminat”.
Cəmi 25 manat müavinət ala bilirlər – MÜQAYİSƏ
21:22
27 Dek 2018