Bu ilin yanvar-iyun aylarında ölkədə 11 193,0 min dekalitr (dkl) şirinləşdirilməmiş sular istehsal olunub.
Azərbaycanda alkoqolsuz içki istehsalı 34%-ə yaxın artıb
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə istehsal 38,2 faiz və ya 4 275,73 min dekalitr artıb.
Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 36,5 faiz və ya 1 328,6 min dekalitr azalma qeydə alınıb. İyun ayında 2 305,8 min dekalitr şirinləşdirilməmiş sular istehsal olunub.
İyul ayının 1-nə hazır məhsul ehtiyatı isə 636,1 min dekalitr təşkil edib. (Azərtac)