Cari ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,5 faiz azalaraq 205,2 milyon manat olub.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsi - 55% Azalıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 53,5 faizi hüquqi şəxslərin, 46,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 28,4 faiz azalaraq 94,2 milyon manat təşkil edib. (Azərtac)