Banner

Statistika

Naxçıvan iqtisadiyyatı 0,6% böyüyüb

Naxçıvan iqtisadiyyatı 0,6% böyüyüb | FED.az
13:06 12 Aprel 2021

Bu ilin I rübündə Naxçıvan MR-də 557,4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

FED.az yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,6% çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,3% artaraq 1 207 manat olub.

3 Aylıq ÜDM-in 257 milyon manatlıq hissəsi sənaye məhsulu olub. Bu, illik müqayisədə 1% çoxdur.

Hesabat dövründə bölgədə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə 4,2% artaraq 31,3 milyon manat təşkil edib.(report)

Banner
Banner

Digər xəbərlər