2023-cü ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 50,5 milyard manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,5 faiz artıb.
Azərbaycanda orta maaş açıqlandı - BİR İLDƏ 11% ARTIB
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,3 faiz artaraq 48,6 milyard manata bərabər olub, onun 46,6 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 552,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 78,7 manat çox vəsait xərcləyib.