Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 8483,3 milyon manat olub.
Bu barədə FED.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.
Birinci rübdə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri illik müqayisədə 0,2% artaraq 4782,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,6% artaraq 3701,0 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 52,2%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.