Bu ilin yanvar-mart aylarında Azərbaycan 3,414 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər 11 % azalıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 917 min dollar və yaxud təxminən 21,2 % azdır.
Hesabat dövründə içki ixracından gəlir ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.(report)
I rübdə Azərbaycana idxal edilmiş içki və spirtin dəyəri isə 13,305 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 87 min dollar və yaxud 0,65 % azdır.
Hesabat dövründə içki idxalı ümumi idxalın 0,5 %-ni təşkil edib.