2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 3 831,5 min dkl pivə istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə pivə istehsalı 14,4% və ya 483,5 min dkl artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 3 348 min dkl təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 240,8 min dkl olub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2 min dkl (6,7%) azdır.
01.09.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 225,6 min dkl olub.