2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 820,9 min dkl araq istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə araq istehsalı 8,2% və ya 62,2 min dkl artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 758,7 min dkl təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 236,8 min dkl olub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 min dkl (0,8%) azdır.
01.09.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 238,7 min dkl olub.