2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 538 min 221,1 ton ət istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 16 min 183,2 ton və ya 3,1% artıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 522 min 37,9 ton təşkil edib.