İlkin məlumatlara görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 64 milyard 341,6 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.
Hər nəfərə orta hesabla düşən gəlir isə 6 338,8 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 57 milyard 057,0 milyon manat təşkil edib.