Bu ilin 9 ayında ölkə üzrə cəmi çalışanların orta aylıq əmək haqqı 919,8 manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 92,4 manat və ya 11,2% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında cəmi çalışanların orta aylıq əmək haqqı 827,4 manat təşkil edib.
Bundan başqa bu sahədə əmək haqqı dövlət sektoru üzrə 885,3 manat, qeyri-dövlət sektoru üzrə 957,4 manat təşkil edib.
Dövlət sektorunda 106,2 manat (13,6%), qeyri-dövlət sektorunda 75,8 manat (8,6%) artım qeydə alınıb.
Keçən ilin eyni dövründə göstəricilər müvafiq olaraq 957,4 manat və ya 881,6 manat təşkil edib.