Son 1 ay ərzində Azərbaycanda 2500 nəfər iş yerini itirib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, iyun ayının əvvəlində ölkədə muzdla (rəsmi əmək haqqı ilə) işləyənlərin sayı 1 milyon 769,2 min nəfər olub.
Bunlardan 873 min nəfər dövlət sektorunda, 896,2 min nəfər isə qeyri-dövlət, yəni özəl sektourda çalışır.
Son bir ayda ölkədə 2500 nəfər işi yerini itirib. Belə ki, mayın 1-də ölkədə muzdla işləyənlərin sayı 1 milyon 771,7 min nəfər olmuşdu.
Bir ay əvvəl, ölkədə işləyənlərin 876,3 min nəfəri dövlət sektorunda, 895,4 min nəfər isə özəl sektorda çalışırdı.
Başqa sözlə, son bir ayda dövlət sektorunda 3,3 min nəfər işdən ixtisar edilib, özəl sektorda isə əksinə, 800 yeni iş yeri yaradılıb.
İlin əvvəlindən bəri isə ölkə üzrə 9,3 min nəfər işini itirib. Belə ki, DSK-nin məlumatına görə, yanvarın 1-ə olan vəziyyətə Azərbaycanda muzdla işləyənlərin sayı 1 milyon 778,5 min nfəər idi. Onlardan 882,8 min nəfər dövlət sektorunda, 895,7 min nəfər isə qeyri-dövlət sektorunda çalışırdı.
Həmin tarixdən indiyədək dövlət sektorunda 9,8 min nəfər ixtisar edilib. Özəl sektorda isə 500 yeni iş yeri yaradılıb.