2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 725.9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 9.1% azalıb.
Bundan başqa cari ilin yanva-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.