Azərbaycan 2023-cü ilin I yarısında siqaret ixracının həcmini 372.5 milyon ədədə qədər artırıb.
Azərbaycanda 7 ayda içki və siqaretə 1 milyard 370.9 milyon manat - XƏRCLƏNİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi bildirir.
Beləliklə, ölkəmizə bu ixrac müqabilində $3.99 milyon valyuta daxil olub.
Ötən ilin eyni dövründə siqaretin ixrac həcmi cəmi 107.55 mln. ədəd olmaqla $773.91 mini əhatə edirdi. Beləliklə, cari ildə ixracın miqdarı 3.5 dəfə, dəyəri isə 5.2 dəfə artıb.
Siqaretin min ədədinin ixrac dəyəri 2022-ci ilin ilk 6 ayında $7.2 olduğu halda, cari ildə bu rəqəm $10.7-dən baha olub.
Azərbaycanda son illərdə siqaret istehsalı sürətlənib və bu daxili tələbi qarşılamaqla bərabər, hazırda xaricə də ixracı mümkündür. Cari ilin ilk 6 ayında ölkənin tütün fabriklərinin istehsal həcmi 7 milyard 91 milyon ədədə yüksəlib. Bu da ölkə tarixinin ən maksimal göstəricisidir.