2020-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 milyard 430,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az vəsait yatırılıb.
Eləcə də bax: Azərbaycan sentyabrda Türkiyədən müdafiə sənayesi məhsullarının alışını kəskin artırıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,2 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,1 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 6 995,8 milyon manatı və ya 67,1 faizi məhsul istehsalı sahələrinə, 2492,0 milyon manatı (23,9 faizi) xidmət sahələrinə, 942,4 milyon manatı (9,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Xatırladaq ki, ötən ilin eyni dövründə bu nisbət 65,4%-25%-9,6% təşkil etmişdi.
Ölkəyə yatırılan vəsaitlərin 6 665,8 milyon manatını və ya 63,9 faizini daxili vəsaitlər, 3 764,4 milyon manat və ya 36,1%-ni xarici vəsaitlər təşkil edib. Ötən il bu nisbət 71,5% - 28,5% təşkil etmişdi.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,9 faiz, büdcə vəsaitləri 22,3 faiz, bank kreditləri 6,5 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, sair vəsaitlər 3,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8 faiz olub.