Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru, keçən ay ən çox ixracı 77 milyon 167 min dollarla Azərbaycana reallaşdırıb.
Eləcə də bax: Türkiyə Azərbaycana hərbi qüvvələrin göndərilməsi məsələsinə baxa bilər
FED.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) statistikasına görə, Türkiyənin müdafiə və aviasiya sektorunun ixracı 2020-ci ilin yanvar-sentyabr dövründə 17% azalaraq 1 milyard 521 milyon 396 min dollara geriləyib. Sentyabrda isə keçən ilin eyni dövrü ilə müqayisədə 80%, avqust ayı ilə müqayisədə isə 58,7% artan ixrac 281 milyon 582 min dollar təşkil edib.
Sektor, keçən ay ən çox ixracatı 77 milyon 167 min dollarla Azərbaycana reallaşdırıb. Azərbaycanın ardınca 62 milyon 974 min dollarla Oman, 62 milyon 77 min dollarla ABŞ, 15 milyon 673 min dollarla Hindistan və 14 milyon 588 min dollarla Almaniya gəlir.
BU İLİN 9 AYINDA AZƏRBAYCANA 123 MİLYON DOLLARLIQ İXRAC REALLAŞIB
Bu ilin 9 ayında isə Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru, ən çox xarici satışı 531 milyon 107 min dollarla ABŞ-a edib. ABŞ-dan sonra, 127 milyon 928 min dollarla Birləşmiş Ərəb Əmrlikləri, 123 milyon 723 min dollarla Almaniya, 123 milyon 26 min dollarla Azərbaycan və 114 milyon 912 min dollarla Hindistan izlədi. (Marja)