2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 804 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 8% çoxdur.
Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,5% faizi tovtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.