2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 26 milyard 499,4 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 2,5% çoxdur.
Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının alınmasına sərf olunub.