Almaniyada buraxılmış yeni islam startapı – «İnsha» - Avropanın müsəlman əhalisinin diqqətini çəlb eləməlidir.
FED.az xəbər verir ki, startapın məqsədi rəqəmsal bankların diqqətdən kənarda saxladığı müsəlman əhalisini islam maliyyəsinə həvəsləndirməkdir.
Eləcə də bax: Şəriət qanunları ilə bank tətbiqləri – İSLAM STARTAPLARI BAŞLAYIR
Berlində yaradılan startapın əsas gəliri bank bankomatdan nağd pul çıxarılmasına və pul köçürmələrinə görə tutulan komissiyadır. Nəticədə əsas servislərini pulsuz göstərə bilir.
Əslində bu staptap Türkiyənin «Albaraka Türk» bankının rəqəmsal filialı sayıla bilər. Bu filialın xidmətləri əvvəlcə Türkiyə bazarı üçün nəzərdə tutulmuşdu.
20 nəfərlik kollektivi olan «İnsha»da müsəlmanlar üçün bir sıra unikal funksiyalar var. Məsələn, zəkatın dəqiq məbləğini hesablamaq üçün kalkulyator, yaxındakı məscidə gedən yol, qibləni müəyyən etmək, eləcə də, gündəlik dualar və sair.
Şirkət öz potensial istifadəçilərin müraciət edərək deyir ki: «Siz öz yeməklərinizi dəyərləriniz əsasında seçirsinizsə, bank xidmətlərini də dəyərlərinizə əsasən seçə bilərsiniz».