"Dövlət tərəfindən müxtəlif zavodlar tikilərək startapçılara veriləcək. Startapçılar heç bir asılılığı olmadan öz ideyasını həyata keçirəcək".
FED.az xəbər verir ki, bunu “İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda keçirilən dəyirmi masada Ulduz Babayeva İqtisadiyyat Nazirliyinin nümayəndəsi deyib.
Eləcə də bax:Bu ay Azərbaycanda 9 xarici startap - QEYDİYYATDAN KEÇİB
Ulduz Babayeva bildirib ki, İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın inkişafı fondu iri, orta sahibkarlıq subyektləri ilə yanaşı, startaplara da maliyyə yardımı göstərəcək: "Azərbaycanda aktiv fəaliyyət göstərən Xəzər vençurs fondusa startaplara dəstək olur. İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Boznes inkubator komissiyası KOBİA yarandıqdan sonra komissiyanın fəaliyyətində ətalət hiss olunur. Amma yaxın zamanda sözügedən komissiya öz fəaliyyətini aktivləşdirəcək. Müxtəlif sahələrdə startapların inkişafı ilə bağlı müxtəlif layihələr hazırlanır. Nazirlik tərəfindən yaradılan sənaye parkları, sənaye məhəllələri rezidentlər tərəfindən vergi güzəştindən azad olunaraq istifadə edirlər".
TED.az