Son zamanlar Türkiyə lirəsi tez-tez dəyər itirir. Əgər əvvəllər lirə ildi bir dəfə ucuzlaşırdısa, indi bu hal daha tez-tez – ildə bir neçə dəfə baş verir. Son məlumatlara görə, 1 ABŞ dollar 50 Türkiyə lirəsinə bərabər olub.
Adətən Türkiyə lirəsi ucuzlaşan zaman burada satılan məhsullar da ucuzlaşırdı. Buradan həm məhsul almaq, həm də istirahət etmək daha ucuz başa gəlirdi. Məsələn 2018-ci ildə 100 ABŞ dollarına Türkiyədə 500 lirəlik məhsul almaq olurdusa, indi bu məbləğə 5 min lirəlik məhsul almaq olur. Bu da, müştərilərin daha çox məhsul almasına – yəni qiymətlərin ucuzlaşmasına səbəb olurdu.
Amma indi bu vəziyyət belə deyil. Eyni pul ilə Türkiyədə elə həmin qədər məhsul almaq olur. Çünki Türkiyədə lirənin dəyərinin itirməsi ilə paralel olaraq mal və məhsulların da qiyməti artır.
Mövzu ilə bağlı FED.az biznes və maliyyə xəbərləri portalına açıqlama verən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) sədri, turizm məsələləri üzrə eskpert Ceyhun Aşurov deyir ki, son dövrlər Türkiyə lirasının qiymətdən düşməsi əslində xaricdən gələnlər üçün qiymətləri ucuz etməlidir, çünki əvvəllər də belə olurdu:
“Ümumi nəzərə alsaq ki, əslində xarici valyuta qarşısında Türkiyə lirəsının düşməsi mal və xidmətləri xaricilər üçün daha əlverişli hala gətirməlidir. Amma bunun fonunda iqtisadi vəziyyətlə əlaqədar olaraq qiymətlərin özünün də bahalaşdığı, Türkiyənin özündə də qiymətlərin qalxdığını müşahidə eləyirik.
Məsələn, əvvəllər şərti 100 dollar qarşılığında TL əgər qiymətdən düşürdüsə, yenə də 100 dollara biz daha çox mal və məhsullar alırdıqsa, hal-hazırda bu proses işləmir. Hal-hazırda həmin qiymət sanki elə xarici valyuta bazasında da fiksələnir və qiymətlər də qalxır”.
Eskpert qeyd edir ki, bu hal zaman-zaman turizmə də öz təsirini göstərir:
“Eyni zamanda insanların həyat tərzinə də bahalaşmağa da öz təsirini göstərur. Çünki Türkiyə ixrac yönlü ölkə də olsa, idxaldan ciddi şəkildə asılıdır, çünki idxal qiymətləri də qalxır və bu son nəticədə ümumi qiymətlərin də bahalaşmasına səbəb olur.
TL bazasında xərclər artacaq. Amma bunu daha çox Türkiyə dövləti gəlir baxımından hiss eləyəcək. Xarici turistlərə baxanda isə xarici turistlər üçün də qiymət bahalaşacaq. Təxminən elə xarici valyutaya uyğunlaşdırılır. Yəni əvvəlki o proporsiya demək olar olmur.
Dünya qiymətlərin enerji daşıyıcıların qiymətinin artması, inflyasiyanın olması, ərzağın və sair qiymətlərin, xidmətlərin qiymətinin artması, əmək haqqının artması ümumilikdə devalvasiya TL-nin də dəyərdən düşməsi xaricdən gələn şəxslərə xərcləmələrini də artırmış olur. Necə deyərlər, onlar təxminən eyni xidmət və məhsulları alır. Xarici valyuta bazarında onlar üçün o qədər də çox dəyişmir, daha çox TL xərcləmiş olurlar”.
Ümumiyyətlə, Türkiyəyə bizim ölkəmizdən gedən şəxsərin içərisində ucuzluğuna görə bu ölkəni seçənlər də kifayət qədərdir. Bəs bu ölkədə də qiymətlərin qalxması Azərbaycandan gedən Turistlərin də sayına təsir edirmi?
Bu suala cavab verən Ceyhun Aşurov bildirir ki, təbii ki, bu kimi hallar turist axınına da təsir edir:
“Əlbəttə, Türkiyədə statistikada artıq müəyyən bu ilin doqquz ayına görə, müəyyən geriləmələr nəzərə alınıb. Düzdür, qlobal hadisələr də baş verir. Həm də bu bahalaşma Türkiyə üçün müxtəlif alternativlər yaradır. Xüsusən də, Türkiyəyə yaxın olan, iqlimi daha oxşar olan, məsələn, Yunanıstan kimi bəzən mövsümdə Misirə və sair daha çox gedirlər. Məhz bu bahalaşmaya görə artıq insanlar öz qiymətlərini müqayisə edir, daha əlverişli yerlərin axtarışında olurlar”.













