PASHA Bank
Məhsul üzrə Mütəxəssis (Hesab və ödəniş xidmətləri)
Son tarix 06 dek 2026 Müraciət et
Təsvir
- Hesab və ödəniş xidmətləri məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi;
- Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi;
- Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi;
- “Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi;
- Nağd vəsaitlərin idarə edilməsini, korporativ məhsul xətlərinin formalaşdırılması və dəstəklənməsi;
- Məhsulun xüsusiyyətləri haqqında bilik və təcrübənin komanda daxilində bölüşülməsi;
- Potensial məhsul inkişafı üzrə biznes modelinin yaradılması, Yeni məhsulların hazırlanması və idarə edilməsi;
- Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
- Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə;
- İş təcrübəsi (il və/və ya sahə olaraq): 1-3;
- Dil bilikləri: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office;
- Digər bazar üzrə biliklər: Bank məhsulları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Müştəri Meneceri Assistenti (Gəncə filialı)
Son tarix 06 dek 2026 Müraciət et
Təsvir
- Müvafiq, daxili və xarici tənzimləmələrə uyğun olaraq işin bütün funksiyaların yerinə yetirilməsi
- Bankın daxili strukturları və Müştəri ilə müqavilə sənədlərinin hazırlanması və razılaşdırılması (Sənədlərin vaxtaşırı nəzarəti)
- Sazişlərin icnası prosesinin sürətləndirilməsi (lazımi təsdiqlərin, əlaqəli şöbələrin son tarixə rıayətinə nəzarəti)
- Müştərilərin cəlb edilməsində aktiv iştirak etmək
- Müştəri tələbinin yerinə yetirilməsinə nəzarət
Tələblər
- Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: 0-1 il
- İdarəçilik təcrübəsi
- Texniki səriştələr: Bank məhsulları barədə biliklər
- Yumşaq səriştələr:
- Dil bilikləri: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Xəzinədar
Son tarix 06 dek 2026 Müraciət et
Təsvir
- Daxil olmuş pulların sayılması;
- Filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması;
- Müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək;
- Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması;
- Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi;
- ABS-də müxabirləşmələrin aparılması;
- Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi;
- Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi;
- Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bölmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi;
- Avadanlıqların işlək vəziyyətdə olub-olmamasına nəzarət edilməsi;
- Digər kassir həmkarları tərəfindən sistemə daxil edilmiş əməliyyatların yoxlayıb təsdiqləməsi (Sistem üzərindən hüquq verildikdə).
Tələblər
- Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: Xəzinə və Bank sahəsində 3 il;
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta);
- Kompüter bilikləri: Word, Excel, Outlook;
- Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi;
- Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














