Company
Mağaza müdiri
Son tarix 06 dek 2026 - [email protected]
Gəncədə yerləşən mağazamıza Mağaza müdiri axtarırıq.
Vəzifə öhtəlikləri:
- Satışın effektiv həyata keçirilməsini təmin etmək;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlər görmək;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlər həyata keçirmək;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrini məlumatlandırmaq;
- Dövrü hesabatlar hazırlayıb struktur rəhbərinə təqdim etmək;
- Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasını təmin etmək;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarət etmək.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- İş yeri: Gəncə ərazisi;
- Əmək haqqı: Fix 900 AZN+bonus
Tələblər:
- Müvafiq vəzifədə ən azı 3 il təcrübə;(rəhbər vəzifədə)
- Kompüter bilikləri (MS Office);
- Mükəmməl analitik və təhlil etmə bacarığı;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər vakansiyaya müraciət üçün CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














