Azərbaycanda lotereya və mərc oyunlarına 22 faizlik alternativ vergi rejimi tətbiq ediləcək.
Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir
FED.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, mühüm məqamlardan biri də lotereya və mərc oyunlarını həyata keçirən şəxslərə alternativ vergi rejiminin tətbiq edilməsidir: “Bu, ümumi vergi qaydalarından fərqli yanaşmadır və dünya praktikasında geniş yayılmış vergitutma mexanizmidir. Belə ki, dövriyyədən uduş fondu çıxıldıqdan sonra qalan məbləğ vergiyə cəlb olunur. Bu çərçivədə 22 faiz verginin tətbiqi nəzərdə tutulur. Məqsəd vətəndaşların ölkə daxilində və ya xaricdə təşkil olunan qeyri-qanuni mərc oyunlarında iştirak edərək vəsaitlərini qeyri-rəsmi yollarla xərcləməsinin qarşısını almaqdır”. (Azərtac)













