ABŞ-ın “Silikon vadisi”ndə fəaliyyət göstərən azərbaycanlı investor Gürcüstanın “Elven Technologies” şirkətinin startap layihəsinə maraq göstərib.
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Şirkətin təsisçilərindən biri Vamex Xerxeulidze deyib ki, azərbaycanlı investor uzun illərdir ABŞ-da yaşayır və iri şirkətə sahibdir: “Danışıqlar hazırda aktiv mərhələdədir. Sərmayənin qoyulması ilə bağlı razılıq demək olar ki, əldə olunub”.
O, yekun qərar verilməyənə qədər sövdələşmənin detalları və investorun kimliyini açıqlaya bilməyəcəyini qeyd edib.
Startapçının sözlərinə görə, layihəyə əsasən yanğınsöndürənlər üçün odadavamlı uniformanın hazırlanması nəzərdə tutulub. Şirkət məhsulun istehsalına 2022-ci ilin sonunadək start verməyi planlaşdırır. (Report)