Milli Məclisin Regional siyasət komitəsinin iclasında "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna təklif olunan dəyişiklik müzakirə edilib.
FED.az xəbər verir ki, 7.2-ci maddəyə təklif edilən dəyişikliyə əsasən qəbristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməyəcək.
Layihədə bildirilir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parklarının, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xüsusi mülkiyyətə verilməsi qadağan olunan torpaqlar müəyyən edilib - SİYAHI
12:27
19 Dek 2017