Azərbaycanda icbari sosial sığorta ödənişləri çox yüəksəkdir. Azərbaycandakı Amerika Ticarət Palatasında (AmCham) belə hesab edirlər.
“Biznes nöqteyi-nəzərindən, 25% səviyyəsində icbari sosial sığorta ödənişləri çox yüksəkdir, bunun iqtisadi əsaslandırılması isə kifayət qədər inandırıcı deyil”, - AmCham-ın dərc etdiyi “Bəyaz kitab”da deyilir.
AmCham-da qeyd edirlər ki, 2006-cı ildən pensiyaların hesablanması fərdi uçot və əlavələr və ödənilən pensiyanın fərdi hesabda yığılan məbləğ əsasında hesablanması prinsipinə əsaslanmasını faktını nəzərə alaraq, sosial sığorta üzrə qalıq toplanmış vəsait sosial xarakterli deyil, sanki özü özlüyündə vergi xarakteri daşıyır.
“Azərbaycanda pensiya yaşının 65-dək artırılması ilə orta iş stajı 45 il təşkil edir. Pensiya müavinəti üçün orta əmək haqqının 60% məbləğinin və icbari sosial sığorta üzrə ödənişlərin 90%-nin 12 il ərzində ödənildiyini nəzərə alaraq, müəyyən etmək olar ki, bunu ödəmək üçün sosial sığorta üzrə dərəcənin 17,8%-i kifayətdir. Əmək haqqının real artımı və illik pensiya yığımlarının orta hesabla 3% indeksasiyasını nəzərə alaraq, bu göstərici 11,5%-dək azalır”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi “Bəyaz kitab”da qeyd olunur.
Yuxarıda qeyd olunan hesablamalara əsasən, AmCham sosial sığorta dərəcəsini azaltmaq və ya hesablama bazasının məbləğini məhdudlaşdırmağı məqəsəduyğun hesab edir.
“Hesab edirik ki, bu əmək haqqından icbari ödənişlər üzrə ümumi yükü azaldacaq, ölkənin investisiya cəlbediciliyini artıracaq və ölkədə orta əmək haqqının artımına müsbət təsir edəcək”, - sənəddə deyilir. **(interfax)