Tbilisinin meri Kaxa Kaladze əməkhaqqını almayacaq və həmin pul xeyriyyəçilik işlərinə sərf olunacaq. FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu paytaxt Meriyasının mətbuat xidmətindən deyiblər.
Mətbuat xidmətindən bildiriblər ki, K.Kaladze artıq neçə illərdir ki, əməkhaqqından imtina edib və bu, yeni xəbər deyil: "O, energetika naziri olanda da əməhaqqı almırdı və pul sosial yardımlara sərf olunurdu".
K.Kaladzenin Gürcüstanın ən varlı simalarından biri olduğu bildirilir. Bəyənnaməyə əsasən onun hesabında 9,6 milyon dollardan çox vəsait var.