Azərbaycan hökumətinin qərarları əsasında 2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tikinti və təmir işlərinin maliyyələşdirilməsinə 770 milyon manat vəsait ayırıb.
Bu barədə FED.az SOCAR-ın 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd edilib ki, hökumətin qərarlarına əsasən, qrupdan vaxtaşırı olaraq birbaşa nağd qoyuluşlar etmək və ya Hökumət üçün aparılan tikinti və təmir işlərini maliyyələşdirmək (o cümlədən aktivlərin köçürülməsi) tələb olunur.
2023-cü il ərzində birbaşa Hökumətə köçürülən pul vəsaitlərinin məbləği 770 milyon təşkil edib və əsasən, Azərbaycan Respublikasında istirahət, nəqliyyat, təhsil və tibb infrastrukturunun təmiri, tikintisi və yenidən qurulması üçün nəzərdə tutulub.
Bu vəsaitin məbləği illik müqayisədə 243 milyon manat və ya 46,1% çoxdur.