2023-cü ildə SOCAR-ın 85 milyard 201 milyon manat gəlirini hansı seqmentlər və ölkələrdə əldə etdiyi məlum olub.
FED.az Şirkətin illik hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin gəliri xam neftin satışı üzrə 48 milyard 923 milyon manat, neft məhsullarının satışı üzrə 18 milyard 990 milyon manat, təbii qazın satışı üzrə 9 milyard 581 milyon manat, neft-kimya məhsullarının satışı üzrə 4 milyard 649 milyon manat, kirayə gəliri 341 milyon manat, sair gəlirləri 2 milyard 717 milyon manat olub.
İllik müqayisədə xam neftin satışı üzrə gəlirlər 18 milyard 648 milyon manat (27,6%), neft məhsullarının satışı üzrə gəlirlər 5 milyard 291 milyon manat (21,8%), təbii qazın satışı üzrə gəlirlər 8 milyard 181 milyon manat (46,1%), neft-kimya məhsullarının satışı üzrə gəlirlər 2 milyard 130 milyon manat (31,4%) azalıb, kirayə gəliri 316 milyon manat (13,6 dəfə) artıb, sair gəlirləri 593 milyon manat (21%) azalıb.
Ötən il SOCAR İsveçrədə 58 milyard 649 milyon manat , Türkiyədə 8 milyard 795 milyon manat , Azərbaycanda 8 milyard 233 milyon manat , Birləşmiş Ərəb Əmirliklərində 5 milyard 676 milyon manat , Gürcüstanda 1 milyard 559 milyon manat , digər ölkələrdə 2 milyard 289 milyon manat gəlir əldə edib.
İllik müqayisə ilə SOCAR-ın gəlirləri İsveçrədə 18 milyard 998 milyon manat (24,5%) , Türkiyədə 15 milyard 473 milyon manat (2,8 dəfə) , Azərbaycanda 2 milyard 838 milyon manat (25,6%) azalıb , Birləşmiş Ərəb Əmirliklərində 3 milyard 779 milyon manat (3 dəfə) artıb , Gürcüstanda 66 milyon manat (4,1%) , digər ölkələrdə 431 milyon manat (16%) azalıb.