SOCAR Gürcüstanın koronavirusla mübarizə fonduna 200 000 lari (107 300 manat) bağışlayıb.
Eləcə də bax: Fonda şirkətlər və fərdlər - NƏ QƏDƏR PUL KÖÇÜRÜBLƏR?
FED.az "apa"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Biznes Assosiasiyası məlumat yayıb. Bildirilib ki, assosiasiya və onun üzvü olan şirkətlər COVİD-19-un Gürcüstan ərazisində yayılmasına qarşı mübarizə məqsədi ilə ümumilikdə 5 milyon lari (2 682 500 manat) bağışlayıb.