Koronavirusla Mübarizəyə Dəstək Fonduna 27 mart 2020-ci il saat 13:06-nın məlumatına görə, 3 min 260 nəfər ianə edib.
FED.az xəbər verir ki, 90 milyon 155 min 635 manat ianə edilib. Belə ki, Fonda 1068 hüquqi, 2192 fiziki şəxs ianə köçürüb.
Eləcə də bax: SOCAR Gürcüstanın Koronavirusla Mübarizə Fonduna - 200 000 LARİ BAĞIŞLAYIB
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanıyla martın 19-da yaradılıb.
Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.