BMT-nin Beynəlxalq Əmək Təşkilatının (ILO) yeni hesabatına əsasən, COVID-19 pandemiyası qlobal əmək bazarının artımını "beş il" geriyə salıb.
Eləcə də bax: Qlobal bank: "Azərbaycanda kiçik və orta müəssisələr çətinliklərlə üzləşirlər"
FED.az xəbər verir ki, hesabata görə, dünyada ümumi məşğulluğun pandemiyadan əvvəlki səviyyəyədək bərpası 2023-cü ildən tez baş verməyəcək. Proqnozlara əsəsən, bu il təxminən 220 milyona yaxın insan işsiz qalacaq, 2022-ci ildə isə bu göstərici cüzi yaxşılaşaraq 205 milyona enəcək.
Hesablamalara görə, pandemiya baş verməyəcəyi təqdirdə, dünyada daha 30 milyon yeni iş yeri yaradıla bilərdi.
ILO-nun hesabatında qeyd edilir ki, artan işsizlik əmək bazarlarında qadın və kişi bərabərsizliyinin və yoxsulluğun daha da dərinləşməsinə səbəb olub. Nəticədə, 2019-cu ildən bəri daha 109 milyon insan yoxsulluq həddinə çatıb. (Apa)