Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin yeni aylıq vəzifə maaşları məlum olub.
FED.az APA - ya istinadən xəbər verir ki, “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin yeni aylıq vəzifə maaşları aşağıdakı kimidir:
Sıra №-si |
Təhsili |
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) |
||||
pedaqoji staj 3 ilədək olduqda |
pedaqoji staj 3 ildən 8 ilədək olduqda |
pedaqoji staj 8 ildən 13 ilədək olduqda |
pedaqoji staj 13 ildən 18 ilədək olduqda |
pedaqoji staj 18 ildən çox olduqda |
||
1. |
Ali təhsilli |
460 |
495 |
520 |
555 |
595 |
2. |
Orta ixtisas təhsilli |
420 |
445 |
460 |
490 |
530 |
Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
Qeyd edək ki, bundan əvvəl dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları belə olub:
Sıra №-si |
Təhsili |
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) |
||||
pedaqoji staj 3 ilədək olduqda |
pedaqoji staj 3 ildən 8 ilədək olduqda |
pedaqoji staj 8 ildən 13 ilədək olduqda |
pedaqoji staj 13 ildən 18 ilədək olduqda |
pedaqoji staj 18 ildən çox olduqda |
||
1. |
Ali təhsilli |
385 |
413 |
435 |
462 |
495 |
2. |
Orta ixtisas təhsilli |
352 |
369 |
385 |