Pensiya ödənişləri 2023-cü ildə 781 milyon manat və ya 16 faiz artaraq, 5 milyard 726 milyon manat təşkil edib.
Pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında çıxışında deyib.
O qeyd edib ki, ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 467 manata çatıb.