"Paşa Holdinq”də çalışan əməkdaşların hər il 10-15 faizi yüksək vəzifəyə irəli çəkilir, bu, onlara verilən dəyəri əks etdirir.
"Regionlardakı sahibkarlar işə qəbulda daha çox qohumluq əlaqələrinə fikir verirlər"
FED.az xəbər verir ki, bu sözləri “İnsan Resursları zirvəsi - 2023” forumunda çıxış edən “Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov deyib.
O bildirib ki, işçilərin işə götürülməsi və onlara dəyər verilməsi strateji işdir. İnsan resurslarından düzgün istifadə şirkətin fəaliyyətini də səmərəli edir. (Azərtac)