Hər gün həyatının önəmli hissəsini osdə keçirən, stresli iş ortamında çalışan inasanların diqqət etmələri gərəkən əsas amil qidalanmalarıdır. Xüsusilə masa arxasında oturaraq çalışan şəxslər sağlamlıqları üçn os həyatlarında dəyişikliklər etməlidirlər. Onların gün ərizndəki bəzi vərdişlərini dəyişmələri böyük fərqlərinmeydana gəlməsinə səbəb olacaq.
Etməniz gərəkən ən önəmli şey zərərli atışdırmalıq qidalardan və uzun müddət masa arxasında əyləşməkdən uzaq durmaqdır. Sağlam qidalanma üçün ilk şərt…
Masanızda su olsun
İsdə necə bir masada əyləşməkdən asılı olmayaraq, bir kənarına su qoyun. Ora qoymaqla kifayətlənməyin. Hər həll etdiyiniz işdən sonra bir stəkan suyu özünüzə hədiyyə edin. Su içməyi unutmayın. Əgər su içməyi unudanlardansınızsa, su qabınızın üzərinə motivə edici sözlər yazın. Həmçinin suyunuza limon, çiyələk, alma kimi sevdiyiniz meyvə dilimlərini də əlavə edə bilərsiniz.
Masa arxasında çalışanların bir digər problemi isə işlərini həll edərkən tez-tez bir şeylər yemək istəyinin yaranmasıdır.
Bu istək çox zaman hazır, paketlənmiş və kalorisi yüksək qidalarla basdırılır. Bu cür qidalar həm qan şəkərinizi yüksəldir, həm də acmağınızı, növbəti yemək müddətinizi ləngidir. İşləyərkən kalorisi və ziyanı bol bu qidaların əvəzinə faydalı atışdırmalıqlardan istifadə edə bilərsiniz. Məsələn: bir ovuc çərəz, bir neçə dilim meyvə və ya meyvə, tərəvəz salatı..
Bir saatdan artıq hərəkətsiz qalmayın
Əyləşdiyiniz yerdə 1 saatdan artıq zaman keçirdiyinizin fərqinə varan kimi kiçik yürüş, hərəkətlər edin… Həmçinin elə oturduğunuz yerdəcə qol, ayaq hərəkətlərini də icra edə bilərsiniz. Unutmayın ki, uzun müddət eyni vəziyyətdə, həmçinin yalnış şəkildə əyləşmək sağlamlığınız üçünçox təhlükəlidir.
Tez-tez kofe (qəhvə) içməkdən uzaq olun
Osdə işləyəblərin istifadə etdikləri əsas içki kofe və çay olur. Bir tapşırığı yerinə yetirərkən və ya araşdırma edərkən fərqinə varmadan çay və kofe içməyi tərcih edirsiniz. Lakin onlar stresi azaltmaqla bərabər, ürəkdamar xəstəliklərinin yaranmasına, suya olan ehtiyacın azalmasına səbəb olur. Gün ərzində tez-tez çay və 3 ncandan artıq kofe içməməyə çalışın. Bitki çaylarına daha çox yer verməyə çalışın.
Səhər yeməyini unutmayın..
Səhərlər evdən çıxmadan öncə edəcəyiniz sağlam bəslənmə gün ərzində əhvalınıza, verəcəyiniz qərarlara da böyük təsir göstərəcək. Çünki səhər yeməyi enerji və motivasiya mənbəyidir. Özünüzə sağlam qidalardan ibarət səhər yeməyi rejimi yarada bilərsiniz.
Nahar fasiləsinə və nahardakı yeməklərə diqqət edin..
Sağlam qidalanma üçün səhər yeməyi vacibdir… Əgər səhər yemək yeməmisinizsə, günorta da sağlam olmayan qidalar qəbul etmə ehtimalınız yüksəkdir. Əgər nahar yeməyinizi kənardan sifariş edirsinizsə doyuzdurucu, lakin xəf yeməkləri tərcih edin. Fast food yeməklər sizi doyuzdursa da, çoxlu kalori və əlavə yağ almağınıza səbəb olacaq.
Əgər yeməyinizi evdən hazırlayıb aparırsınızsa, bu zaman da yağlı yeməklər olmamasına diqqət edin. Çünki oturaq iş şəraiti üçün belə qidalanma əlavə problemlərin yaranmasına səbəb olacaqdır. Nahar fasiləsini qısa tutmayın. Nahardan sonrakı performansınızı yüksək tutmaq üçün doğru qida seçimi ilə yanaşı, bir az təmiz hava almağı da unutmayın.
İçdiklərinizə diqqət edin
Kofe və çaydan əlavə yemək zamanı və sonrası əlavə içkilərdən də istifadə olunur. Asitli(turşu) və dadlandırıcı tərkibli, qazlı və enerji verici içkilərdən uzaq duru. Əgər yeməyinizə diqqət edir, lakin bu içkilərdən istifadə edirsənizsə kilo problemlərinizin olması normal haldır. Bu içkilər müəyyən müddət sonra enerjinizin düşməsinə də səbəb olacaqdır.
Çalışan insanların etdiyi əsas səhvlərdən biri uzun müddət işə zaman ayırıb ac qalmasıdır. Yemək arası zamanı uzun tutmasıdır. Daha sonra isə yüksək kalorili yeməklərə üstünlük verməsidir. Bunlar həm kilo almağınıza səbəb olu, həm də sağlamlığınıza çox mən təsirlər göstərir. Bunun qarşısını almaq üçün gün ərizndə qidalanma saatlarınıza və yediklərinizə diqqət etməniz gərəkir.
agroexpert.az
Ofis işçilərinə sağlam qidalanma - MƏSLƏHƏTLƏRİ
09:26
13 Noy 2018