Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində regionların inkişvfına həsr olunmuş konfransda prezident İlham Əliyevin verdiyi tapşırıqlara həsr olunmuş müşavirə keçirilib.
Eləcə də bax: «5 manat çox qazanmaq üçün adamı işdən çıxarır» - PREZİDENTDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, müşavirədə həmin tapşırıqlara uyğun olaraq yeni “DOST” mərkəzlərinin yaradılması, bu il şəhid ailələri və müharibə əlillərinə ən azı 1500 mənzilin təqdim edilməsi, özünüməşğulluq proqramının daha da genişləndirilməsi, ödənişli ictimai iş yerlərinə nəzarətin güclənməsi müzakirə olunub. Habelə iş yerlərində qeyri-formal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrə əlçatanlığının və proqramın əhatə dairəsinin artırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd edilən sahələrdə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Nazir Sahil Babayev bildirib ki, bu il dövlət başçısının təşəbbüsü ilə 40 minə yaxın ödənişli iş yerinin açılması nəzərdə tutulur ki, bu da işsizliyin azaldılması üzrə mühüm sosial layihədir, bu sahəyə ciddi nəzarət ediləcək.