“2022-ci ildə 2021-ci ilə nisbətə ölkədə investisiya yatırımının artımı proqnozlaşdırılır”.
Eləcə də bax: Tahir Mirkişili: “Əmək haqlarının 20-40 faiz artırılması nəzərdə tutulub” - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ölkədə orta aylıq əməkhaqqının 2022-ci ildə 807 manat olması proqnozlaşdırılır: “Orta aylıq əməkhaqqının real artım tempi 4,7 % həcmində proqnozlaşdırılır. Hamınızı əmin etmək istəyirəm ki, yeni strategiyanın reallaşması ölkə iqtisadiyyatında yeni dəyişikliklərə səbəb olacaq. Növbəti 5 il işğaldan azad olunmuş bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün əsas dövrü təşkil edir”.