2022-ci il üçün istehsalat təqviminin açıqlanmasının ardınca hər il əvvəlcədən müəyyən edilən məzuniyyət qrafikini təsdiqləməzdən əvvəl bir sıra nüanslara diqqət yetirmək faydalı olardı. Belə ki, məzuniyyəti bir neçə hissəyə bölərkən məzuniyyət düşən ay üzrə əmək haqqı və məzuniyyət haqqı toplandıqda itkiyə də məruz qalmaq mümkündür.
FED.az hüquqşünas Şəhriyar Həbilova istinadən sərfəli məzuniyyət üçün başlıca məqamları xatırladır:
1) 1 günə düşən əmək haqqı iş günlərinin sayına, məzuniyyət haqqı isə son 12 aylıq əmək haqqının əvvəl 12-ə, sonra isə 30.4-ə bölünməsi yolu ilə müəyyənləşir.
2) Ay ərzində qeyri-iş günü olan bayram (ümumxalq hüzn günü) olarsa, iş günlərinə düşən əmək haqqı artır deyə məzuniyyət götürüləndə iş günlərinin az sərf edilməsi məqsədəuyğundur.
3) Bayram günləri olan aylarda götürülən məzuniyyət günlərinin sayı minimum 9 təqvim günü olmalıdır ki, əmək haqqı+məzuniyyət haqqı toplandıqda itki az olsun yaxud olmasın.
4) Məzuniyyət götürülən ay üzrə şənbə-bazara düşən məzuniyyət günlərinin sayı çox olmalıdır ki, hətta aylıq əmək haqqından da əlavə məzuniyyət hissi yaşamaq üçün vəsait qalsın))
5) Məzuniyyət götürərkən əvvəl iş gününə düşən əmək haqqı, sonra isə məzuniyyət gününə düşən əmək haqqı hesablanıb toplandıqdan sonra sərfəli və ya zərərli məzuniyyət olması məlum olur.