Koronavirus epidemiyasının insanlara haradan yayıldığı məlum olub.
FED.az xarici mediaya istinadən xəbər verir ki, çinli alimlər koronavirus xəstəliyinin yayılma mənbəyini tapıblar.
Eləcə də bax: Azərbaycanın Səhiyyə naziri koronavirusla bağlı - ƏMR İMZALAYIB
Belə ki, alimlərin gəldiyi nəticəyə görə, artıq Çin və bir çox başqa ölkələrda yayılmış koronavirus xəstəliyinin ilandan insana keçdiyi ehtimal olunur.
Ənənəvi Çin təbabəti araşdırmalar universitetinin , Uhan Universitetinin biomühəndisləri və digər Çin araşdırma mərkəzlərinin müxtəlif heyvan DNK-larında apardıqları araşdırmalardan sonra gəldikləri qənaətə görə, 2019-nCoV virusu yarasalarda yarana bilər. Bundan başqa bu xəstəliyin ilandan keçmə ehtimalının daha böyük olduğu bildirilir. Araşdırmaçıların sözlərinə görə, bu xəstəliyə yoluxmuş ilanları Uhan şəhərində dəniz məhsulları ilə birgə satıblar. Məhz həmin ərazi də konovirusun yarandığı bildirilir.