Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ay müddətində:
sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Eyni zamanda ƏƏSMN-ə 6 ay müddətində məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.