Xaricdə təhsil istiqamətində çalışan şirkətlər bildirirlər ki, Türkiyə universitetlərinə müraciətlərin qəbulu və qeydiyyat dönəmi artıq başlayıb.
FED.az xəbər verir ki, əsas qeydiyyat müddəti may ayı hesab olunsa da Türkiyədə təhsil almaqla bağlı əvvəlcədən müraciət edənlər çoxluq təşkil edir. Xaricdə təhsil şirkətlərinin məlumatına görə, Türkiyə universitetlərinin illik ödənişi 200-12 min dollar arası dəyişir.
Türkiyədə fəaliyyət göstərən “EDUforİS – Xaricdə təhsil” şirkətinin rəhbəri Rəşad Zeynallı FED.az-a bildirdi ki, Türkiyədə təhsil almaqla bağlı daha çox Azərbaycan, İran və BƏƏ-dən müraciət olunur. Onun sözlərinə görə, azərbaycanlı abituriyentlərin bakalavr ve magistr pilləsi üzrə ən çox müraciət etdikləri ixtisaslar tibb və iqisadiyyat sahəsi üzrədir.
Eləcə də bax: Gələcəklə bağlı baxışlarımızı necə yaxşı şəkildə formalaşdıra bilərik - 5 QAYDA
R.Zeynallı deyir ki, tibb sahəsi üzrə təhsil almaq istəyənlər Zonguldak, Mersin, Okan, Altınbaş və Medipol, iqtisadiyyat sahəsi üzrə isə İstanbul, Marmara, Hacettepe, Beykent, Çanakkale, Atatürk, Haliç, Ondokuz mayıs, Selçuk və Akdeniz universitetlərini seçirlər.
FED.az xəbər verir ki, “Yüksek Öğretim Kurulu”nun (YÖK) 2016-2017 il üçün tərtib etdiyi statistikasına görə, Türkiyənin həm dövlət, həm də özəl universitetlərində ümumən 108 min nəfərə yaxın xarici tələbə təhsil alır. Bunun 15 min nəfərdən çoxunu və ya ortalama 15%-ni azerbaycanlı tələbələr təşkil edir.
Türkiyə universitetlərinin təhsil haqları isə dövlət/özəl, bakalavr/magistratura, eyni zamanda ixtisaslara görə də dəyişir. Bakalavr üzrə təhsil haqları ixtisasa görə dövlət universitetlərində 250-800 dollar, özəl universitelərdə isə 3800-12 min dollar arasında dəyişir.
Magistr pilləsi üzrə isə təhsil haqları ixtisasa görə dövlət universitelərində 250-300 dollar, özəl universitetlərdə isə 3000-10 min dollar arasında dəyişir.
Rəşad Zeynallı deyir ki, şirkət Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə orada təqaüd proqramlarından yararlanmaqda da yardımçı olurlar. Onun sözlərinə görə, şirkətin bu istiqamətdə fəaliyyəti nəticəsində hazırda Türkiyə universitetlərində təhsil alan çox sayda azərbaycanlı tələbə “EDUforİS”in vasitəçiliyi ilə 500-1000 lirə məbləğində təqaüd ala bilir.
Türkiyədə təhsil alan hər bir xarici tələbəni təhsil və təqaüddən başqa həm də təcrübə məsələsi düşündürür. R.Zeynallı deyir ki, “EDUforİS”in yaradacağı imkanlar sayəsində yay dönəmi üçün gələn tələbələr həm işləyib pul qazana, həm də təhsil ala biləcəklər. FED.az xəbər verir ki, Orada tələbələri bank-maliyyə, hüquq, tekstil ve digər sahələri üzrə təcrübə işləri ilə təmin etmək mümkündür. Burada tələbələr təcrübə dönəmində maaşla, daha sonra çalışdığı şirkəti qane edərsə həmin tələbə üçün çalışma izni alınaraq ixtisasına uyğun iş ilə təmin olunur. Təcrübəni uğurla bitirən hər bir gənc eyni zamanda Türkiyənin Təhsil Nazirliyinin beynelxalq səviyyədə qəbul olunan sertifikatları verilir.
Türkiyənin müxtəlif şəhərlərindəki bəzi universitetlərin illik ödənişlərini təqdim edirik:
Çanakkale şəhəri – On sekiz Mart Universiteti – 200-250 dollar;
Samsun şəhəri – Ondokuz mayıs Universiteti – 200 dollar;
Eskişehir şəhəri – Anadolu Universiteti – 250 dollar;
Ankara şəhəri – Beykent Universiteti – 3000 dollar;
Antalya şəhəri – Akdeniz Universiteti – 250-300 dollar;
İstanbul şəhəri – Üsküdar Universiteti – 3800 dollar;
Bursa şəhəri – Uludağ Universiteti – 250-300 dollar;
Kocaeli şəhəri – Kocaeli Universiteti – 500-550 dollar;
İzmir şəhəri – Dokuz Eylül Universiteti – 250-300 dollar;
İstanbul şəhəri – İstanbul Universiteti – 450-500 dollar;
İstanbul şəhəri – Marmara Universitesi – 200-250 dollar.
İstanbulda 200 dollara təhsil – İLLİK ÖDƏNİŞLƏR
14:39
28 Mart 2018