Gələcəyin qeyri-müəyyənliyi səbəbindən depresiyyada olanlar və hazırda olduqları yeri davamlı sorğulayanlar, “Nələrisə əldə etdim, sonra nə edəcəyəm?” və “Nəsə etmək lazımdır!” deyənlərin bu yazını oxuduğunu bilirik.
Müasir dünyanın insanları olaraq hamımız tələskən və təlaşlıyıq, qeyri-müəyyənliklərin aradan qalxmasını gözləyirik və zamanın davamlı olaraq əleyhimizə işlədiyini hiss edirik. Sistem belədirsə, qayğılar içində boğulacayıq ya da özümüzü bu vəziyyət üçün yeniləcəyik. Gələcəklə bağlı baxışlarımızı necə daha yaxşı bir şəkildə formalaşdıra bilərik:
1) Həyatın nəzarəti tamamilə əlinizdə deyil: Bunu qəbul edin.
Hər nə qədər gələcək üçün intellektual investisiyanızı artırmağınız çox önəmli olsa da, həyatın sizə nə verəcəyini və sizdən nə alacağını bilmirsiniz. Ağlınızda pis olacaq ssenariləri qurmaq əvəzinə bir az rahatlayın və bugünün qiymətini bilin. Həyatınızın axışını müəyyənləşdirməyə çalışmaqdansa, həyatın öz axışına uyğunlaşmağı öyrənin. Bugünü yaxşı keçirin ki, dünəniniz də gələcəyiniz də yaxşı olsun.
Eləcə də bax: Sizi bir addım önə çıxaracaq, fərqli bir CV necə yazılmalıdır?
2) Müəyyən bir sahədə mütəxəssis olmağa çalışın.
Bu sahənin seçdiyiniz karyera ilə əlaqədar olub-olmamasının önəmi yoxdur. Sevdiyiniz bir sahədə mütəxəssis olmaq və inkişaf etmək həmin sahədə özünüzə olan inamınızı artıracaqdır. Eyni zamanda bir sahədə ixtisaslaşmağın o qədər asan olmadığını, çətinliklərin olacağını qəbul etməyi öyrənəcək və yıxıldığınızda daha rahat ayağa qalxacaqsınız.
3) Oxumağın və öyrənməyin sonu yoxdur: Kitab qurdu olun.
Düşüncələrinizə nəzarət edə bilməyiniz üçün çox vaxt təcrübələrə ehtiyacınız olur. Kitablar sizə yüzlərlə təcrübə təqdim edir. Necə düşünməyiniz və necə düşünməməyiniz lazım olduğunu öyrənə biləcəyiniz ən yaxşı mənbələr şübhəsiz ki, kitablardır. Həm biliklərinizi artırın, həm də həyatı başqa qələmlərdən yaşayın.
4) Yarışınız ətrafdakı insanlarla deyil, özünüzlədir.
İnsanların uğurları, uğursuzluqları və dedikləri çox vaxtı sizin həyatınız üçün bir mənası olmaz. Ətrafınızdakı insanları keçmək yerinə, özünüzü inkişaf etdirin. Başqa bir insandan daha çox pul qazanmağı hədəfləmək yerinə, özünüzü inkişaf etdirməyə çalışmaq uzun müddətdə də, qısa müddətdə də sizə daha faydalıdır. Rəqabəti sevirsinizsə, sadəcə özünüzlə yarışın.
5) Edəcəkləriniz haqqında danışmayın, sadəcə edin.
“Çox böyük şeylər hədəfləyirəm!” demək və günlərlə bunu planlamaq yerinə hədəfinizə doğru gedən ən balaca addımı atın. Planınızı mənalı edən şey planınızın həyata keçməsidir. Həddən artıq analiz etmək və planınızın detalları içində boğulmaq yerinə hərəkətə keçin.
Moneta.az