Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
FED.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər.
Eləcə də bax: Tikintidə 1185 nəfərin müqavilə olmadan işə cəlb edildiyi - AŞKAR EDİLİB
Vətəndaş müraciətləri ilə əlaqədar xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı, həmçinin işəgötürənlər tərəfindən 108 513 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
Görülən tədbirlər nəticəsində 93 faizi əməkhaqlarından, qalan hissəsi isə kompensasiyalardan, zərərə görə ödənclərdən və s. ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
Report